Qəzada həlak olan Xədicə Qusarda dəfn edildi

27.12.2024

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Təyyarə qəzasında həlak olan 19 yaşlı Xədicə dəfn edildi

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarın Suduroba kənd qəbiristanlığında dəfn olunub.

Bakupost.az xəbər verir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.

Təyyarə qəzasında Xədicə ilə birlikdə onun qardaşı Əli də həyatını itirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью