Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün, 29 dekabr tarixində İkinci Fəxri Xiyabanda Aktauda baş verən təyyarə qəzasında həlak olan pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva dəfn olunublar SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasimi baş tutub.
Mərasimlə əlaqədar dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri xiyabana axın ediblər.
Bundan əvvəl ekipaj üzvləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda vida mərasimi keçirilib, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.