Qəzada həlak olanların nəşi cənazə avtomobilinə YERLƏŞDİRİLİR VİDEO

26.12.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı Bakıya gətirilib.
Bizim.Media xəbər verir ki, meyitlər cənazə avtomobilinə yerləşdirilir.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью