Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Xorvatiya futbolunda itki üz verib. Milli komandanın sabiq oyunçusu Nikola Pokrivaç faciəvi şəkildə həlak olub.
"Football-plus.az" xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 39 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.
Qeyd edək ki, Pokrivaç karyerası ərzində “Varteks”, Zaqreb “Dinamo”su, “Zaltsburq”, “Monako”, “İnter Zapreşiç”, “Riyeka”, “Şaxtyor” (Qazaxıstan), “Makkabi” (Petah Tikva), “Slaven Belupo”, “Puşça”, “Tiqar Sveta Nedelya” və “Voyniç 95” klublarında çıxış edib. Onun Xorvatiya yığmasında 2008-10-cu illərdə 21 oyun keçirdiyini də xatırladaq.