Qəzada həyatını itirən Fəqan tələbə imiş

13.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl Quba-Tüləkəran avtomobil yolunun Gültəpə kəndi ərazisinin keçən hissəsində qəza baş verib. 31 yaşlı Nurəli Vidadi oğlu Əlirzayev idarə etdiyi "Lada Niva" markalı avtomobillə idarəetməni itirib yol kənarında olan ağaca dəyib. Nəticədə sərnişin, 23 yaşlı Fəqan Habil oğlu Ədilov xəstəxanaya aparılarkən yolda öüb. Sürücü və mərhumun qardaşı, 21 yaşlı Nuray Ədilov isə xəsarətlər alıblar.

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, dünyasını dəyişən Fəqan Ədilov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 4-cü kurs tələbəsi imiş.

O, AƏSMA-nın Maliyyə ixtisası üzrə təhsil alırdı.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью