Icma.az, Bakupost portalına istinadən məlumat verir. Xəbər verdiyimiz kimi, noyabrın 9-da Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
Bakupost.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində həlak olan sərnişin 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva müəllim imiş.
O, Şəmkir rayon İ.Əliyev adına Füzuli qəsəbə tam orta məktəbində çalışırmış. Qeyd edək ki, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb.
“Mercedes” və “Opel” markalı maşınların toqquşması nəticəsində sürücülər 2001-ci il təvəllüdlü S.İsgəndərov və 1962-ci il təvəllüdlü F.Əliyev xəsarət alıb.
F.Əliyevin avtomobilində sərnişin olan K.Əliyeva isə xəstəxanaya çatdırılsa da, vəfat edib.
Kəbirə Əliyevanın fotosunu təqdim edirik: Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.