Qəzada ölən Anar Babayev dəfn olundu FOTO

29.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarədə həlak olan Anar Babayevin nəşi ailəsinə təhvil verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, A.Babayevlə doğulduğu Astaranın Şiyəkəran kəndində vida mərasimi keçirilib. Daha sonra o, kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 33 yaşlı Anar Zöhrab oğlu Babayev Rusiyada yaşayırdı. Ailəsinin yanından işlədiyi şəhərə qayıdan Anar bir il bundan öncə ailə həyatı qurubmuş.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью