Qəzada ölən Elvinin ad günü imiş Video

18.08.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, faciədə həyatını itirən 2009-cu il təvəllüdlü Elvin Məmmədovun bu gün doğum günü imiş.

Hadisə zamanı həlak olan “VAZ”ın sürücüsü Əlizamin Aslanov və onun avtomobilində olan qonşuları- İlahə Məmmədova və oğlu Elvin Məmmədov Mahmudlu kənd qəbiristanlığında dəfn edilib.

Sürücünün həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva və övladı 2018-ci il təvəllüdlü Zəhra Vəliyeva Dəllər Cəyir kəndində dəfn olunublar.

Daha ətraflı “APA TV”nin süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью