Qəzada ölən Əşrəf tələbə imiş FOTO

19.05.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nəsimi rayonunda "Toyota Prius C" markalı avtomobil mopedlə toqquşub.

Bakupost.az xəbər verir ki, hadisə nəticəsində mopeddə olan sərnişin Əşrəf Mirzəyev aldığı müxtəlif dərəcəli xəsarətlərdən sonra xəstəxanada ölüb.

.Sosial şəbəkələrdə fotosu yayılan Ə.Mirzəyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi olub.

Məlumata görə, o, bir neçə il əvvəl atasını da itirib.

Yaxınlarının dediyinə görə, Əşrəf ali təhsil müəssisəsini bitirib iyul ayında əsgər gedəcəkdi. O, hərbi xidmətdən sonra işləməyi, ailəsinə dəstək olmağı planlaşdırırdı.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью