Qəzada ölən gənc şair övladı imiş FOTO

02.11.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkə.az xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən 24 yaşlı Səbuhi Ağazadə şair Əlibala Ağayevin oğludur.

O, bir il əvvəl ailə qurubmuş və bu yaxınlarda ilk övladı dünyaya gəlib. 
Ağayevlər ailəsi əslən Laçın rayonunun Güləbird kəndindəndir. Məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıblar. 

Qəzaya uğrayan “Lada Priora” markalı avtomobildə olan 4 nəfər Zaqatala rayonundan qayıdırmış. Onlar Şəkinin İnçə kəndi ərazisində qəzaya düşüblər. 

Noyabrın 1-də gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində ağır qəza olub. Hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan Laçın rayon sakini, 24 yaşlı Səbuhi Ağazadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan daha üç nəfər – Şamaxı rayon sakini, 24 yaşlı Əzəlxan Vəliyev, Goranboy rayon sakini, 25 yaşlı Ruhin Əliyev və Mingəçevir şəhər sakini, 40 yaşlı Surxan Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью