Qəzada ölən Ramaldan ürək dağlayan PAYLAŞIM

23.01.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 21-də motosiklet qəzasında dünyasını dəyişən 19 yaşlı Ramal Səfərlinin ürək dağlayan paylaşımı ortaya çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, o "Tiktok" platformasında dünyası dəyişdiyi gün kədərli paylaşım edib.

“Hava limanı toy zallarından daha çox səmimi öpüşə şahid olub. Xəstəxanalar ibadətgahdan daha çox dua eşidib. Çünki sevgi ən çox gedərkən hiss olunur”,- o, qeyd edib.

Xatırladaq ki, 1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadənin sürdüyü “Renault Megane” markalı avtomobillə 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosikletin toqquşması nəticəsində o vəfat edib.

Sözügedən paylaşımı təqdim edirik.

Rəşid Muxtar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью