Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Təyyarə qəzasında həlak olan Balakən rayonundan olan sonuncu sərnişinin nəşi dekabrın 30-u səhər saatlarında ailəsinə təhvil verilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır.
O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakin
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında
Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.