Qəzada ölən Sevil yenicə işə düzəlibmiş…

14.03.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə qəzaya düşərək vəfat edib.

Gununsesi.info xəbər verir ki, S. Abdullazadənin qəzaya düşməzdən 1 gün öncə işə düzəldiyi məlum olub.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Sevilin əmri martın 11-də verilmişdi. Həmçinin S. Abdullazadə yaşasaydı aprelin 1-də ad gününü qeyd edəcəkmiş.

Xatırladaq ki, o, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Qeyd edək ki, hadisə martın 12-də 22:30-da Günəşlidə baş verib. Qəza zamanı iki nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью