Qəzada sağ qalanların son durumu: 9 nəfər ağır vəziyyətdədir

25.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

Aktauda Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəstəxanaya yerləşdirilən 28 nəfərdən 9-nun vəziyyəti ağırdır.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Qazaxıstanlı həkimlər indi onların həyatları üçün mübarizə aparırlar”, - deyə şöbədən bildirilib.

İlkin məlumata görə, Azərbaycan Hava Yollarına məxsus təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 62 sərnişin olub.

Tural

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью