Qəzada sağ qalanlarla bağlı açıqlama Yenilənib | Icma.az
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin olduğu bildirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, qəza zamanı 6 nəfər sağ qalıb.
Qeyd edək ki, AZAL-ın məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
*** Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, qəzada 14 nəfər sağ qalıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Onlardan beşinin vəziyyəti ağırdır. *** Qazaxıstan Fövqəladə Hallar Nazirliyi sağ qalanların sayının 25-ə çatdığını açıqlayıb.
Bildirilib ki, onlardan 22-si xəstəxanaya çatdırılıb. *** Qazaxıstan FHN-in ən son məlumatına görə, hadisə zamanı 28 nəfər sağ qalıb.
*** Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovun açıqlamasına görə, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır.
Tam oxu
Xəbəri oxu