Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən il noyabrın 9-da Gəncədə iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qəzanın iştirakçısı Sənan İsgəndərov beş il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə günü Sənan İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə "Opel" markalı maşın toqquşub.
Nəticədə "Opel"də olan Faxrəddin Əliyev və həyat yoldaşı Kəbirə Əliyeva çatdırıldıqları xəstəxanada ölüblər.
2001-ci il təvəllüdlü S.İsgəndərovun 60 kilometr/saatdan çox olmayan sürətlə hərəkət etməli olduğu halda, avtomobili saatda 108 km/saat sürətlə idarə etdiyi müəyyənləşib.
Məhkəmədə ifadə verən zərərçəkmişlərin oğlu bildirib ki, xəstəxanaya gedəndə atasının başının yarıldığını, anasına da elektroşok verildiyini görüb: "Təxminən, yarım saat sonra anam dünyasını dəyişdi.
Bir gün sonra atamı Mərkəzi Klinika Gəncə Xəstəxanasına apardıq, həmin vaxt xəstəxananın pulunu ödəyə bilmədiyimiz üçün atamı qəbul etmədilər.