Qəzada vəfat edən Zəhra dəfn olundu

18.06.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Tanınmış vəkil Fərhad Mehdiyevin iyun ayının 16-da ağır yol qəzasında vəfat edən qızı dəfn olunub

Bakupost.az xəbər verir ki, 17 yaşlı Zəhra Mehdizadə ötən gün Xırdalandakı qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda motosiklet idarə edən yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Məlumatda bildirilib ki, nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.

Vəkil Fərhad Mehdiyev isə açıqlamasında qızının faciəvi ölümündə əsas səbəbkar kimi Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobili göstərib./unikal/


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью