Icma.az bildirir, Yenisabah portalına istinadən.
Göyçayda qəzada xəsarət alan 4 nəfərdən ikisi dünyasını dəyişib.
“Yeni Sabah” xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində olub.
"Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Dominos pizza
Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.