Qəzada xəsatət alanların son VƏZİYYƏTLƏRİ

20.05.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzinin əməkdaşının Bakupost.az-a verdiyi məlumata görə Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli) 20.05.2025-ci il tarixində saat 21:10 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

Xatırladaq ki, Bakı-Quba avtomagistralında “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub .

Aygün, Bakupost.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью