Qəzada xilas olmağa çalışan sürücü başqa maşının altında qaldı

16.11.2024

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Abşeron rayonunda bir neçə minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Xəsarət alan sürücülərdən biri - Elxan Əliyev əzilmiş avtomobilindən yerə düşüb yolu keçmək istəyərkən, başqa avtomobil onun üstündən keçib.

O, hadisə yerində ölüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью