Qəzada yaralanan kişi bir həftə sonra öldü

24.10.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gün öncə Gəncənin Gülüstan qəsəbəsində baş vermiş qəzada xəsarət alan şəxs 7 gün sonra vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun nəşi artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, hadisə oktyabrın 16-sı baş verib. Ə.Hüseynov qəzaya düşən “Niva” markalı avtomobildə olub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью