Qəzada yaralanan məktəbli vəfat ETDİ

04.10.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Qubada avtomobilin vurduğu 13 yaşlı məktəbli həyatını itirib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki,  sentyabrın 30-da Qubanın Bəhrəli kəndində yolu keçmək istəyən 13 yaşlı Gülay Pirmuradovanı avtomobil vurub.

Ağır xəsarətlər alan məktəbli Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və reanimasiya şöbəsində müalicəsi davam etdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Gülayın həyatını xilas etmək mümkün olmayıb. O, Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью