Qəzada yaralanan sürücü xəstəxanada öldü

10.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Quba şəhərində baş verən avtoqəzada xəsarət alan sürücü Qusar xəstəxanasında ölüb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, şəhərin M.P.Vaqif küçəsində Pikapla “Hyundai Elantra”nın  toqquşması nəticəsində sonuncunun sürücüsü tibb müəssisəsinə yerləşdirilib. 

Ağır dərəcəli bədən xəsarətləri ilə Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Quba rayon Kübçal kənd sakini - 2001-ci il təvəllüdlü Quliyev Teymur Faiq oğlu olüb 
Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью