Qəzada yaralanan sürücü xəstəxanada ÖLDÜ

10.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

Modern.az xəbər verir ki, şəhərin M.P.Vaqif küçəsində pikapla “Hyundai Elantra” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində “Hyundai Elantra”nın sürücüsü Quba rayonu, Kübçal kənd sakini, 2001-ci il təvəllüdlü Quliyev Teymur Faiq oğlu ağır bədən xəsarətləri alaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, dünyasnı dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью