Qəzadan bir neçə dəqiqə əvvəl... Yeni GÖRÜNTÜLƏR

25.12.2024

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Modern.az xəbər verir ki, qəzadan qısa müddət əvvəl təyyarənin sərnişinləri tərəfindən çəkilən görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью