Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
İspaniyanın Toledo vilayətində baş verən dəmir yolu qəzasından dərhal sonra "Semaf" maşinistlər həmkarlar ittifaqı 24 saatlıq tətilə başlayıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, tətilin əsas səbəbi ölkədə dəmir yolu nəqliyyatının təhlükəsizliyi sahəsində ciddi struktur islahatlarının həyata keçirilməsidir. Etirazçılar qəzaların qarşısının alınması üçün təcili və təsirli tədbirlərin görülməsini tələb edirlər.
Zeynəb Rzayeva