Qəzadan sağ çıxan Ayhan Bayramzadə: Artıq hər şeydən əlimizi üzmüşdük

27.12.2024

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəzadan sağ çıxan Ayhan Bayramzadə: "Artıq hər şeydən əlimizi üzmüşdük"

Təyyarə qəzasından sağ çıxan azərbaycanlı Ayhan Bayramzadə qəza anı yaşadıqlarından danışıb.

BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, təyyarə 3-cü dəfə Aktauya eniş edən zaman artıq sərnişinlər təhlükədə olduqlarını hiss ediblər:

"İşləmək üçün Qroznıya əmimin yanına gedirdim. İlk dəfə idi ki, təyyarədə səfər edirdim. Belə tam xatırlaya bilmirəm. Əvvəla bizə dedilər ki, Qroznıya enirik. Pilot birinci dəfə enməyə çalışdı amma alınmadı. Səmaya qalxdı. Eyni şeyi ikinci dəfə təkrar etdi. Bun dəfə də alınmadı. Artıq üçüncü enişdə biz təhlükəni hiss etdik. Ondan sonra təyyarə 1-2 saat ətrafında Qroznı ətrafında fırlandı. Sonra Aktauda qəza enişi etdik. Artıq hər şeydən əlimizi üzdük".

Ətraflı videoda:


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью