Qəzadan sağ çıxan sürücünü köməyə gələn kranın trosu öldürdü

20.04.2025

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Lakin qəzadan sonra hadisə yerinə gələn kranın trosu qırılıb və sürücüyə dəyərək onu öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью