Qəzadan sağ çıxan Zaur əvvəlcə təyyarəyə buraxılmayıbmış

25.12.2024

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəzaya uğrayan təyyarənin sərnişini Zaur Məmmədovun öncə uçuşuna icazə verilməyib.

Axşam.az xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Qəzadan sağ qurtulan sərnişin Zaur Məmmədovun sözlərinə görə, qeydiyyatdan, gömrük nəzarətindən keçməsinə baxmayaraq, aviaşirkətin nümayəndələri qadağanı əsas gətirərək onu təyyarəyə buraxmaq istəməyib.

Hava gəmisinə buraxılmayan sərnişin daha sonra terminala qayıdıb və uçuşuna icazə verilib.

Qeyd olunur ki, Zaur 3 gün əvvəl Bakıya atasının dəfni üçün gəlibmiş. O, qəza zamanı ayağından və üzündən xəsarət alıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью