Qəzadan sonra altı ay komada qalan şəxs vəfat etdi

26.09.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Bir neçə ay əvvəl qəzaya düşən şəxs vəfat edib.

Oxu.Az xəbər verir ki, Salyan rayon sakini, 1982-ci il təvəllüdlü Səbuhi Əşrəf oğlu Nağıyev 6 ay əvvəl Bakı şəhərində baş verən avtoqəzada ağır xəsarətlər alıb. O, koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

S.Nağıyev müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Əli Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью