Qəzadan sonra Türkiyədə müalicə alan Nicat vəfat etdi

14.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Gürcüstanda avtomobil qəzasında ağır xəsarət alan azərbaycanlı gənc vəfat edib.

"Unikal" xəbər verir ki, Marneuli bələdiyyəsinin Əzizkənd kəndinin sakini, 23 yaşlı Nicat Culfayev Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, qəza bir neçə ay əvvəl baş vermişdi və mərhum 5 ay idi müalicə alırdı.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью