Qəzadan yayınmaq istəyən sürücü “Lexus”u marketə saldı VİDEO

08.08.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəbələ rayonu, Vəndam kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 7-də axşam günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-VC-303 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil yol kənarındakı marketə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün qarşısına anidən avtomobilin çıxması olub. Nəticədə o, qəzadan yayınmaq üçün manevr edib və bu vaxt idarəetməni itirərək maşını marketə salıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə və obyektə ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью