Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün aşağıdakı tərkibdə dövlət komissiya yaradılıb.
Publika.az xəbər verir ki, komissiyanın tərkibinə aşağıdakılar daxildir: Sədr: Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri Üzvlər: Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri Kamran Əliyev – Azərbaycan Respublikasının baş prokuroru Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Arif Məmmədov - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.