Qəzaya düşən Ayladan ilk açıqlama: Allah məni yenidən bu həyata qaytardı

05.02.2025

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağır qəza keçirən müğənni Ayla Rai xəstəxanadan açıqlama yayıb.

AZXEBER.COM xəbər verir ki, müğənni 6 gündür reanimasiyada olduğunu bildirib.

O, hələ də hadisənin təsirindən çıxa bilmədiyini söyləyib:

"Zənglərə və mesajlara cavab verə bilmirəm, hər kəsə təşəkkür edirəm. 6 gün idi ki, reanimasiyada idim. Şok vəziyyətindəyəm, beynim heç bir şeyi qəbul etmir. Allah məni yenidən bu həyata qaytardı, yaşamaq üçün mənə şans verdi. Bu da mənim bir sınağım idi, Allaha şükür. Yaxşıyam, daha da yaxşı olacağam. Çünki mən güclü qızam, yıxılmaram".

Xatırladaq ki, müğənni Ayla Rai ötən həftə rəfiqələri ilə birlikdə Şahdağdan qayıdarkən avtomobil qəzasına düşüb. Qabırğaları sınan müğənni əməliyyat olub.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью