Qəzaya düşən bloqerlərin vəziyyəti açıqlandı FOTO

25.12.2024

Milli.az saytına istinadən Icma.az xəbər verir.

İsmayıllı-Şamaxı yolunda qəzaya düşərək xəsarət alan inflüenserlərin son vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü (qadın cinsli) şəxs dekabrın 23-də saat 14:30-da Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub.

"Qapalı fəqərə sınığı travması (Th11 fəqərəsinin kompression fəsadlaşmayan sınığı) diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Azərbaycanlı blogerlərin düşdüyü qəzadan GÖRÜNTÜLƏR - YENİLƏNİB

Daha sonra pasiyentin iltizamnaməsi alınaraq ambulator müalicə üçün tibb müəssisəsindən buraxılıb",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün səhər saatlarında inflüenserlər Mehin Oktaylı və Mesi Rəhman "Mercedes Vito" markalı avtomobillə İsmayıllı-Şamaxı yolunda qəzaya düşüblər.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью