Qəzaya düşən Kadırovun oğlu ilə bağlı müəmmalı məlumatlar | Icma.az
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çeçenistanın rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırovun Qroznıda baş verən avtomobil qəzasından sonra vəziyyətinin yaxşılaşdığı bildirilir.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiya rəhbərliyinə yaxın bir mənbə mətbuata bildirib ki, Çeçenistan liderinin oğlu sağalır.
Respublika hakimiyyətinə yaxın başqa bir mənbə isə Adam Kadırovun qəza zamanı kortejdə olduğunu və yüngül xəsarətlər aldığını iddia edib.
Yanvarın 20-də Qudermes rayon polisinin rəisi İshaq Çalayev və agentliyin rəsmi hesabı Adam Kadırovun iştirak etdiyi videonu yayıb.
Görüntülərdə onun və Çalayevin Nojai-Yurt rayonunun Benoy kəndi yaxınlığında yerləşən Şira-Bena mədəni-etnoqrafik kompleksində gəzdiyi göstərilir.
Videoda Çalayev Kadırovdan soruşur: "Adam, Şira-Benaya gedirik?" O, "Bəli" cavabını verir.
Video yerli ictimai qruplar tərəfindən hava şəraiti vurğulanaraq paylaşılır. Çəkilişlərin dəqiq tarixi göstərilməyib.
Tam oxu
Xəbəri oxu