Qəzaya düşən maşın aşdı; 8 aylıq körpəni yoldan keçənlər xilas etdi ANBAAN VİDEO

21.10.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Türkiyənin İsparta şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 aylıq körpə və onun atası təhlükə ilə üz-üzə qalıb. 

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil idarəetməni itirərək park halında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən avtomobil aşıb. Qəza zamanı avtomobildə olan 8 aylıq körpə və atası xəsarət alıb.

Hadisə şahidlərinin çevik müdaxiləsi nəticəsində körpə avtomobildən dərhal çıxarılıb. Şahidlər bildiriblər ki, avtomobilin yanı üstdə aşması səbəbindən qapılar açılmayıb. Buna görə də körpəni pəncərədən keçirməklə xilas etmək mümkün olub. Atanı isə ətrafdakı vətəndaşlar bir neçə dəqiqəlik cəhdlərdən sonra avtomobilin baqaj hissəsindən çıxarıblar.

Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yaralı ata və körpə xəstəxanaya aparılıb, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью