Qəzaya düşən maşın çayxanada oturan 4 nəfəri vurdu VİDEO

17.03.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İki minik avtomobilinin iştirakı ilə baş verən yol qəzası ətrafdakı bir mağazanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Ərtoğrul Veysel Şekerin idarə etdiyi 34-EFL-801 dövlət nömrə nişanlı avtomobil yol kəsişməsində Məhəmməd Yiğitin idarə etdiyi 06-FM-2206 dövlət nömrə nişanlı maşınla toqquşub. Toqquşma nəticəsində Ərtoğrul Şekerin idarə etdiyi avtomobil çayxanaya çırpılıb. Qəza nəticəsində iki sürücü və çayxanada oturan dörd nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya aparılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью