Qəzaya düşən təyyarə Gəncəyə bu gün gəlibmiş Video

11.11.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, göyərtəsində 20 nəfər hərbçinin olduğu Türkiyəyə məxsus C-130 hərbi təyyarəsi Gürcüstan ərazisində qəzaya düşüb.

“Qafqazinfo” “A haber”ə istinadən xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə səhər saat 09:50-də Trabzondan havaya qalxan təyyarə saat 11:06-da Gəncəyə enib.

Planlaşdırılmış prosedurlara uyğun olaraq, təyyarə saat 13:20-də Türkiyəyə geri dönüş reysi üçün yenidən Gəncədən havaya qalxıb.

Lakin havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və radar siqnalı itib.

Gürcüstan KİV-də yer alan ehtimallara görə, ekipaj nasazlıqla bağlı Gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib lakin naviqasiya GPS sistemində ciddi problemlər yarandığı üçün bunu edə bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью