Qəzaya düşən təyyarənin bələdçisinin ÇAĞIRIŞI Təyyarə salonundan YENİ VİDEO

25.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərində qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, “112” teleqram kanalında qəzadan az öncə təyyarənin salonundan lentə alınan görüntüləri yayıb.
 

MÖVZU İLƏ BAĞLI:
Qəzaya düşməzdən əvvəl təyyarənin salonundan SON GÖRÜNTÜLƏR – ANBAAN VİDEO


Sözügedən görüntülər sərnişinlərdən biri tərəfindən lentə alınıb. Videonu çəkən şəxs qəzadan öncə dualar edib.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью