Qəzaya düşən TIR ikiyə bölünüb yandı, ölənlər var

08.11.2024

Icma.az, Lent az saytına istinadən bildirir.

Rusiyanın Çelyabinsk vilayətinin Ust-Katavski rayonunda üç yük maşını (TIR) və bir minik avtomobilinin iştirakı ilə dəhşətli qəza baş verib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, yük maşınlarından biri yarıya bölünərək yanıb.

İki sürücünün öldüyü, daha birinin yaralandığı bildirilir.

Qəza olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisənin bütün şəraiti müəyyənləşdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью