Qəzaya səbəb olan qadın avtobus sürücüsü ilə mübahisə etdi VİDEO

06.08.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Abşeron rayonu, Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 5-də axşam saatlarında Əliağa Vahid küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Geely” markalı avtomobili 525 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “King Long” markalı sərnişin avtobusu ilə toqquşub.

Şahidlərin bildirdiyinə əsasən, hadisəyə avtomobili idarə edən xanım sürücünün əks istiqamətli yola çıxması səbəb olub. Qəzadan sonra qadın avtomobildən düşərək avtobusun sürücüsü ilə mübahisə edib.

Hadisə nəticəsində yolda sıxlıq yaranıb, avtobusda olan sərnişinlər isə bir müddət gözləməli olublar.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью