Qəzaya uğrayan AZAL təyyarəsinin uçuş zamanı radarda görünməyən hissəsi YAYILDI FOTO

27.12.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"FlightRadar24" Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin uçuş trayektoriyasının radarda görünməyən hissəsini dərc edib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 03:55-də yola düşüb. Uçuş zamanı məlumatlar 04:25-ə qədər qəbul edilib. Lakin daha sonra təxmini 10 dəqiqə ərzində mövqe məlumatlarının göndərilməsi dayandırılıb:
“04:40-dan 05:03-ə qədər təyyarədən məlumat əldə etmək mümkün olmayıb. və 05:04-dən 05:13-ə qədər ikinci boşluq yaranıb və 06:07-dək təyyarədən alınan bütün məlumatlarda mövqe məlumatı olmayıb”.
Qeyd edək ki, “Flightradar24” AZAL təyyarəsinin qəzaya uğramamışdan əvvəlki trayektoriyasının 3D versiyasını paylaşıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью