Qəzaya uğrayan Azərbaycan təyyarəsində iki çeçenistanlı uşaq olub

25.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində iki çeçenistanlı uşaq olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Çeçenistanın Uşaq Ombudsmanının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, çeçenistanlı uşaqlardan birinin taleyi məlum deyil.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan hava yollarına məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью