Qəzaya uğrayan “Boeing 737800” təyyarəsi ilə bağlı DETALLAR

29.12.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreyanın Muan şəhərində qəzaya uğrayan “Jeju Ai” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi 15 il qəzasız istismar edilib.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Açıqlamada şirkət mümkün nasazlıqlarla bağlı məlumatları dəqiqləşdirdiyini bildirib.

Təyyarə 2009-cu ilin avqustunda istehsal edilib.

Qeyd edək ki, “Boeing 737-800” təyyarəsi Cənubi Koreyanın Muan hava limanında uçuş-enmə zolağından keçərək hasara çırpılıb. Təyyarənin enişi zamanı yaranan problemin səbəbi quşlarla toqquşma ola bilərdi. Təyyarə yanıb. İlkin məlumata görə 179 sərnişin ölüb.

Tural

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью