Qəzaya uğrayan təyyarədə 40 nəfərin cəsədi aşkarlanıb

31.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Amerikalı xilasedicilər Vaşinqton səmasında helikopter və sərnişin təyyarəsinin toqquşması nəticəsində həlak olan 40 nəfərin cəsədini tapıblar.

"Unikal" xəbər verir ki, bu barədə CBS News hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. 

Bundan əvvəl amerikalı xilasedicilər təyyarənin qara qutularını aşkar etdiklərini açıqlayıb. 

Qeyd edək ki, hadisə dünən səhər saatlarında baş verib. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdurYanvarın 30-da ABŞ prezidenti Donald Tramp Vaşinqtonda baş vermiş təyyarə qəzasında sağ qalanların olmadığını təsdiqləyib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью