Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6sı Zaqataladandır SİYAHI

25.12.2024

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, onlardan 6-sı həlak olub, 2-si yaralanıb. 

Həlak olan və yaralananların hamısı Zaqatalanın Danaçı kəndindəndirlər.

Həlak olanlar:

Carayev Arif

Carayev Mahir

Carayev Hacı

Ceerov Xizri

Ceerova G.

Siracova Müslümət

Yaralılar:

Siracov Nurulla

Cəlilov Nizami

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью