Qəzaya uğrayan təyyarədə sağ qalanlar var VİDEO

25.12.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Modern.az-ın məlumatına görə, Qazaxıstanın səhiyyə naziri Acar Giniyat bildirib ki, sərnişin təyyarəsinin qəzaya uğramasından sonra 6 nəfər sağ qalıb.

“İnterfaks” fövqəladə hallar xidmətinə istinadən yazır ki, 10-a qədər insan sağ qalıb.

İlkin məlumatlara görə, təyyarədə 67 sərnişin və 5 ekipaj üzvü olub.

REN TV-nin mənbəsi 60 sərnişinin Rusiya vətəndaşı olduğunu iddia edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью