Qəzaya uğrayan təyyarəmizlə bağlı Budanovdan açıqlama

27.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Azərbaycan sərnişin təyyarəsi Rusiya raketi ilə vurulub.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Bildiyimizə görə, təyyarə Rusiyanın “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən vurulub”, - o bildirib.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Qroznı səmasında hücuma məruz qalıb və ciddi zədə alıb, yaxın aeroportlara enməyə icazə verilmədiyindən Aktau limanına üz tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью