Qəzaya uğrayan təyyarənin havaya qalxmasına saniyələr qalmış sərnişinlərin görüntüsü VİDEO

30.12.2024

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 25-i Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 30-dan çox insan həlak olub.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə həmin gün təyyarə havaya qalxmazdan dəqiqələr öncə sərnişinlərin son görüntüsü yayılıb.
Həmin kadrlarda hadisədə həlak olan və nəşi Bakıda torpağa tapşırılan 13 yaşlı Məhəmmədəli Fərid oğlu Yeqanov da var.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью